21.07.2017
19 iyul 2017-ci il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Azərbaycan mətbuatı" başlıqlı oxucu konfransı keçirildi.
Tədbirdə “Oğuz yurdu” qəzetinin kollektivi, RİH-in nümayəndələri, Gİİ- nin, “Oğuz yurdu” qəzetinin keçmiş əməkdaşları, tarix-diyarşünaslıq muzeyinin, H.Əliyev Mərkəzinin kollektivləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli acaraq Milli mətbuatın yaranma tarıxı və “Oğuz yurdu” qəzetinin kecmişi və bu günkü fəaliyyəti haqqında geniş məlumat verdi. Sonra Şəki Regional Mədəniyyət və Turizm şöbəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi U.Baxışova çıxış edərək “Oğuz yurdu” qəzetinin kollektivini “Milli mətbuat günü” münasibəti ilə təbrik etdi və qəzet səhifələrində yaradıcı gənclərə xüsusi yer verilməsini tövsiyyə etdi. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin İşcisi A.Cəfərova “Milli mətbuatımızın tarixi” başlıqlı məruzə ilə cıxış etdi. Rayon ziyalısı Q.Əliyev, RİH-in nümayəndəsi S.Nəbiyev, Oğuzlu yazar Y.Rzayev, Oğuz rayon bələdiyyəsinin sədr müavini A.Əliyev,Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Manafova və başqaları cıxış edərək “Oğuz yurdu” qəzetinin kollektivini təbrik etdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Tədbirin sonunda tədbir iştirakcıları “22 iyul - Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgiyə baxdılar.