01.02.2019
01.02.2019-cu il tarixdə Qax rayonu Almalı kənd mədəniyyət evində, Almalı kənd kitabxana filialı ilə birgə, “Gələcək gəncliyindir” başlığı altında dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Almalı kənd mədəniyyət evinin metodisti İ.Əhmədov açıb. Almalı kənd mədəniyyət evinin mədəni təşkilatçısı S.Əliyeva öz çıxışında ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı haqqında ətraflı danışıb. Almalı kənd kitabxana filialının müdiri G.Abdullayeva öz çıxışında Azərbaycan gənclərini bayram münasibəti ilə təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.