01.02.2019
01 Fevral 2019-cu il tarixdə Şəki uşaq incəsənət məktəbində Gənclər Gününə həsr olunmuş "Gəncliyin səsi" adlı tədbir keçirilib. İlk öncə tədbirin aparıcıları 2 fevral Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu və bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğunu vurğulayıblar. Qeyd olunub ki, bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi və iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Daha sonra məktəbin folklor ansamblı, xor kollektivi, rəqs şöbəsi həmçinin şəhərin tanınmış müğənniləri Seymur Qasımzadə, Vüqar Hüseynov, Sərdar Yunusov bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər.
Tədbirin sonunda məktəbin direktoru Eldar Rəcəbov bütün Azərbaycan gənclərini “Gənclər günü” münasibəti ilə təbrik edərək, iştirak edənlərə öz təşəkkürünü bildirib.