01.02.2019
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral - Azərbaycan Gəncləri Günü Zaqatala rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Bele tədbirlərdən biri də 1 fevral 2019-cu il tarixində Zaqatala rayon Mərkəzi kitabxanada keçirilmiş “Müasir Azərbaycan gəncliyi” adlı tədbirdir. Tədbirdə Zaqatala MKS-nin direktoru Gülniyar Məmmədova, şəhid Zəfər Murtuzəliyevin anası Əzizə Murtuzəliyeva, kitabxana işçiləri, istedadlı gənclərdən Məhəmməd Hacıyev, Səyyad Yusifli, Ömər Ramazanov, Elton Balayev, Dürrə Hacıyeva, Maya Əsgərova və başqa gənclər iştirak etmişlər. İlk öncə tədbir iştirakçıları rayon gənclərinin əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirdilər.
Tədbiri giriş sözü ilə Zaqatala MKS-nin direktoru Gülniyar Məmmədova açdı. Azərbaycanın Dövlət Himni səslənirildi. Sonra tədbirdə “Gənclər Azərbaycanın gələcəyidir” adlı məruzə ilə Nurlana Cəfərova, “Heydər Əliyev və Azərbacan gəncliyi” adlı məruzə ilə Günəş Qafarova çıxış etdilər. Gənclər elde etdikləri uğurlar və gələcəkdə görmək istedikləri işlər barəsində ətraflı məlumat verdilər.
Tədbirin bədii hissəsində istedadlı gənclərin ifasında şeirlər, musiqi nömrələri səsləndirildi, Fəal gənclərə mükafatlar təqdim olundu.
Sonda şəhid Zəfər Murtuzəliyevin anası Əzizə Murtuzəliyeva çıxış edərək bütün gəncləri vətənini, millətini sevməyə, lazım olsa vətən üçün canından bele keçməyə çağırdı.