01.02.2019
Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzində 2 fevral Gənclər Günü münasibətilə “Gəncliyin səsi-gələcəyin səsidir” adlı konsert proqramı keçirilib. Konsertdə gənclər qarşısında Mərkəzin “Çeşmə” instrumental ansamblı və rayonun istedadlı gəncləri çıxış ediblər. Arzu Dunusovanın, Fərid Kərimovun, Abdusalam Şabanovun, Turkan Qonçayevanın, tanınmış müfənnı Əfrayim Yəhyayevin oxuduğu mahnılar, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rayon Uşaq İncəsənət məktəbinin şagirdi Turkan Qonçayevanın oxuduğu muğam gənc istedadların muğama, ciddi musiqiyə olan münasibətini bir daha nümayiş etdirib. Qax İngiloy kənd mədəniyyət evinin “İmedi” rəqs qrupunun çıxışları tədbirə xüsusi ahəng qatıb.
Əsasən gənc tamaşaçıların üstünlük təşkil etdiyi tədbirdə əsas məqsədlərdən biri də gənc istedadları musiqisevərlərə tanıtmaqan ibarət olub.