01.02.2019
01 fevral 2019-cu il tarixdə MİHİ Şəki rayon komitəsinin və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Sabahı işıqlandıran gənclərdir” adlı tədbir keçirilib.
Tədbirdə Şəki Regioanl Mədəniyyət İdarəsinin və MİHİ Şəki Rayon Komitəsinin rəhbər işçiləri, media nümayəndələri və fəal gənclər iştirak ediblər. Tədbirin aparıcısı, təlimatçı Nəzakət Əliyeva çıxış edərək tədbirdə iştirak edən gəncləri təbrik etmiş və çıxış üçün sözü MİHİ Şəki Rayon Komitəsinin sədri Rəhman Məmmədovu səhnəyə dəvət etmişdir. R.Məmmədovun çıxışında qeyd olunmuşdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildə məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci Forumu keçirildi. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verərək, onların cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynamışdır.
Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov tədbirdə iştirak etmiş gəncləri təbrik etmiş və onlara gələcək işlərində uğurlar arzulamışdır. Daha sonra Şəki şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aytən Səfərova çıxışı dinlənilmişdir.
Mədəniyyət Mərkəzinin aparıcı metodisti Nazilə Qaffarovanın “Sən elə bir vaxtda rast gəldin mənə” adlı şeirinin müğənni Sərdat Yunusovla birgə duet şəklində tədbir iştirakçılarına təqdimatı, müğənnilərdən Sərxan Hüseyinlinin və Elbrus İdrisoğlunun oxuduğu mahnılar alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda MİHİ Şəki Rayon Komitəsi tərəfindən komitənin ictimai həyatında fərqlənən yaradıcı və istedadlı gənclər mükafatlandırılmışdır.