31.01.2019
Yanvarın 31-də Oğuz rayon Heydər Əliyev Mərkəzində 2 fevral Gənclər Günü münasibətilə “Gəncliyimiz gələcəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə Oğuz rayon İcra hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin,Uşaq-Gənclər İnkişaf Mərkəzinin, kənd mədəniyyət klublarının, MKS-nin əməkdaşları, şəhər 2 saylı məktəbin şagirdləri iştirak edirdi. Tədbiri Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açaraq çıxış etdi. Çıxışda qeyd olundu ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.
Daha sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx təqdim edildi.
Tədbirdə Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış etdi. Çıxışçı bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Nail Rüstəmov, Regional İnkişaf İctimai Birliyinin Oğuz rayon təmsilçisi Elşən Alcanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin sədri Anar Hüseynov çıxış etdilər və bildirdilər ki, gənclər dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.