Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə muğam müsabiqəsi keçirilib

31.01.2019

Yanvarın 31-də Şəki Dövlət Regional Kollecində Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə muğam müsabiqəsinin seçim turunun birinci mərhələsi keçirilib.

Müsabiqədə Şəki, Qax, Mingəçevir və Yevlax şəhərlərini təmsil edən 9 xanəndə namizəd iştirak edib.

Azərbaycanın muğam biliciləri, Xalq artisti Səkinə İsmayılova, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Mələkxanım Əyyubova, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Azərbaycan Televiziyasının Mədəniyyət kanalının direktor müavini, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli iştirakçıları dinləyərək, onların ən istedadlılarını növbəti tura layiq biliblər.

Münsiflərin seçiminə görə gənc namizədlərdən 5 nəfəri, Əfqan Mahmudov, Elton Əhmədli, Aycan Şükürlü, Mehin Qarayeva və Asif Əlizadə müsabiqənin paytaxt Bakı şəhərində keçiriləcək ikinci mərhələsinə vəsiqə qazanıblar.