Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İ.Nakam adına Mərkəzi Kitabxanada bilik yarışması keçirilib

30.01.2019

30.01.2019-cu il tarixdə Nakam adına mərkəzi kitabxanada Azərbaycan Skautlar Assosasiyasının “Nuxa” skaut, Çeşməli kənd məktəbinin və İ.Nakam adına Mərkəzi Kitabxananın birgə hazırladığı Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bilik yarışması keçirilib.

Yarışmada iştirak edən “Sufilər”, “Hürufilər” və “Həqq aşiqi” adlı komandalara 20 sual təqdim olunub. Münsiflər - Mərkəzi kitabxananın abonoment bölməsinin müdiri Dilbər Yaqubova, “Nuxa” skaut dəstəsinin lideri Aygün Məmmədli və “Mauqli” dəstəsinin lideri Ələviyyə Həbibullayeva komandaların verdiyi düzgün cavabları 5 balla, səhv cavabları 1 balla, cavabı olmayan sualları isə 0 balla müəyyənləşdirib “Hürufilər” komandası 65 xalla birinci, “Həqq aşiqi” komandası 50 xalla ikinci, “Sufilər” komandası isə 28 xalla üçüncü yerləri bölüşdürdülər.

Qalib komanda kitabxana rəhbərliyi tərəfindən kitablarla, “Nuxa” skautlar tərəfindən isə skautlarla mükafatlandırıldılar.