Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib

25.01.2019

25 yanvar 2019-cu il tarixdə Qax rayonu Almalı kənd uşaq bağçasında, Almalı kənd mədəniyyət evi və kitabxana filialı ilə birgə “Uşaqlar bizim gələcəyimizdir” başlıgı altında tədbir keçirilib. Tədbiri giriş sözü ilə Almalı kənd mədəniyyət evinin direktoru A.Əliyev açaraq, Dövlətimizin,  Prezident İlham Əliyev cənablarının uşaqlara göstərdiyi qayğı haqqında ətraflı danışıb. Bağçanın müəlliməsi A.Əhmədova uşaqlara göstərilən qayğıya görə, mədəniyyət işçilərinin uşaqları daim diqqət mərkəzində saxladığı, hər daim onları gözəl layihələri, tədbirləri ilə sevindirdikləri üçün minnətdarlığını bildirib. Çıxışda kitabxana işçiləri tərəfindən balaca fidanlara vaxtaşırı nağılların oxunması da xüsusi vurğulanıb.  Tədbir bağça uşaqlarının hazırladıqları şeir və rəqslərlə başa çatıb.