Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan istiqlalının bayraqdarı”

28.01.2019

28 Yanvar 2019-cu il tarixdə C. Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasında Dahi mütəfəkkir, ictimai-siyasi dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş "Azərbaycan istiqlalının bayraqdarı" adlı oxucu konfransı keçirilmişdir.

Konfransı Mərkəzi Kitabxananın direktoru Güllü Əhmədova açaraq, M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən bəhs etmişdir. Sonra Metodiki-biblioqrafiya şöbəsinin müdiri Reyhan Xəlilovanın “Dahi mütəfəkkir Məhəmməd Əmin Rəsulzadə”  geniş məzmunlu məruzəsi dinlənilmiş,  məruzə ətrafında çıxışlar olmuşdur. Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin işçisi Gülnar Maqsudova M.Ə.Rəsulzadənin ədəbi fəaliyyəti, kitabxananın Kitabişləmə və komplektləşdirmə şöbəsinin işçisi Ruhiyyə Rəşidova “M.Ə.Rəsulzadənin sitatları” barədə çıxış etmişlər. Kitabxananın direktor müavini Ahidə Əfəndiyeva çıxış edərək Məmmədəmin Rəsulzadənin vətən sevgisi, istiqlal, azadlıq sevgisi ilə dolu həyatından maraqlı məqamları açıqlamışdır. Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə Baş məsləhətçisi Dilarə Əzizova konfransda yekun çıxışı edərək, təşkilatçılara təşəkkürünü bildirmişdir .

Konfrans “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı videoçarxın nümayişi ilə başa çatıb.