Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda “Elzanamə” kitabının təqdimat mərasimi keçirilib

29.01.2019

Yanvarın 29-da Oğuz rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzinin Xaçmaz klubunun təşkilatçısı Elza Gülməmmədovanın “Elzanamə” kitabının təqdimat mərasimi keçirilmişdir.

Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon üzrə baş məsləhətçisi Ulduz Baxışova tədbiri giriş sözü ilə açıq elan etdikdən sonra ”Elzanamə” kitabı haqqında MKS-nin işçisi Nəzakət Qasımova məruzə etmişdir. Mövzu ətrafında AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşı, şair–tədqiqatçı Yusif Rzayev, şair Mayıl Məmmədli, müəllifin nəvəsi Ləman Hacıbabayeva  cıxış etmişlər .

Kitabın müəllifi Elza Gülməmmədova tədbirdə iştirak edən hər bir kəsə səmimi təşəkkürünü bildirmişdir.