24.01.2019
24 Yanvar 2019-cu il tarixdə Oğuz rayon MK-nin uşaq şöbəsində təşkil olunmuş "Nağıl otağı"nda H.Babayev adına şəhər 1 saylı tam orta məktəbinin 4a sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə "Nağıl saatı" keçirilib. Kitabxananın böyük biblioqrafı Təranə İsayeva uşaqlara maraqlı nağıllar danışıb. Nağıllar aləminə səyahət edən azyaşlı məktəblilər haqqın-nahaqq üzərində qələbəsinin, nağıl qəhrəmanlarının hər cür çətinliklərə sinə gərərək sonda öz arzularına çatmaqlarının bir daha şahidi olublar.
Sonra nağılsevər uşaqlara sərbəst çıxış etmək imkanı yaradılıb. Şagirdlərdən Fidan Hacızadə, Aqşin Əhmədov, Rəfiqə Tağızadə, Rəşad Osmanov və Məhəmməd Rəşidov ən çox sevdikləri nağılları söyləyiblər. Uşaqlar onlar üçün hazırlanmış nağıl otağında müxtəlif nağıl kitabları ilə də tanış olublar.
Tədbirin sonunda Təranə İsayeva belə tərkibdən olan tədbirlərin keçirilməsində məqsədin uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq və onlaların kitaba olan sevgisini artırmaqan ibarət olduğunu bildirib.