16.01.2019
17.01.2019-cu il tarixdə Qax rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzi və Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qara yanvar, qanlı yanvar” adlı tədbir keçirdi. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova açaraq, “20 yanvar” faciəsi haqqında məlumat verdikdən sonra, mərkəzin əməkdaşı Lalə Nəcəfova məruzə ilə çıxış etdi. Məruzədə 20 yanvar facıəsinin tarixin və insanların yaddaşına daima həkk olunduğu, dövlətimiz tərəfindən faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlərin görüldüyü qeyd edildi. Tədbir iştirakçılarından Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Mədəniyyət Mərkəzinin metodisti Nuriyyə Əlimova, kitabxananın əməkdaşı Solmaz Əfəndiyeva çıxışlarında bu hadisələrin canlı şahidləri olduqlarını söylədilər. Sonra S.Vurğun adına Mədəniyyət Mərkəzi əməkdaşlarının hazırladıqları, 20 yanvar faciəsinə həsr olunmuş kompozisiya nümayış olundu.