Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xoş gəlmisən Yeni il”

29.12.2017

29 dekabr 2017-ci il tarixində  Göybulaq kənd tam orta  məktəbi 31 dekabr  Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Göybulaq kənd  folklor klubu ilə birlikdə “Xoş gəlmisən Yeni il” adlı konsert proqramı ilə çıxış etmişdirlər. Bu tədbirdə məktəblilər və gənclər fəal iştirak etmişdirlər.

Məktəbin direktoru Əyyubov Məhəmməd tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmiş və fəal iştirak etmiş gənclərə öz minnətdarlığını bildirmişdir.

Şagirdlərdən Mürsəlli İlham,  Qocayev Əbdürəhim,  Abbasova Aysu və  Musayeva Sima  yeni ilə aid  şeirlər söylədilər, mahnılar oxudular.

Tədbirin sonunda   məktəbin  direktoru  Göybulaq kənd  folklor  klubunun kollektivinə öz  minnətdarlığını bildirdi.