Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlik zirvəsi”

19.01.2019

Yanvarın 19-da Şəki 2 nömrəli uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Şəki Dövlət Regioanl Kollecinində  20 Yanvar Ümumxalq hüzn gününə həsr edilmiş “Şəhidlik zirvəsi” adlı anım tədbiri və Şəki İ.Nakam adına Mərkəzi Kitabxanada eyni ad altında şeir müsabiqəsi keçirilib. İlk tədbirin xarakterinə uyğun olaraq hazırlanmış səhnədə müəllim və şagirdlər həmin günün qanlı-qadalı hadisələrini ədəbi-bədii kompozisiya şəklində təqdim ediblər. Məktəbin xorunun, skiripkaçılarının, bütün ixtisaslar üzrə təhsil alan şagirdlərinin müxtəlif ifaları, şeir müsabiqəsində isə şagirdlərin, Şəki Dövlət Regioanl Kollecinin müəllimi Pərviz Zeynalovun və məktəbin müəllimi Rəvanə Hacıyevanın qiraətləri tamaşaçılar qarşısında həmin mübarizə gününün faciəvi mənzərəsini yaşadıb.

Sonda məktəbin direktoru Tərlan Məmmədov çıxış edərək, 20 Yanvarın təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının ən şərəfli qəhrəmalıq səhifələrindən biri kimi tarixə çevrildiyini qeyd etməklə, tədbiri izləyən tamaşaçılara, məktəbin kollektivinə və təşkilatçılara tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığını bildirib.