Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər heç vaxt unudulmur”

19.01.2019

Şəki Şəhər uşaq incəsənət məktəbində 19 yanvar 2019-cu ildə 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə törədilmiş qanlı hadisələrin 29-cu ildönümünə həsr olunmuş  "Şəhidlər heç vaxt unudulmur" adlı anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 1990-cı ilin sovet imperiyasının silahlı birləşmələrinin Bakıda törətdiyi vəhşiliklərdən və qətillərdən söhbət  açılıb. Sonra məktəbin müəllim və şagirdlərinin hazırladığı ədəbi - bədii kompozisiya  nümayiş etdirilib. Tədbirin sonunda məktəbin direktoru Eldar Rəcəbov 1990-ci ilin yanvarın 20-də törədilən faciənin bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini milli azdlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədiyini, əksinə, xalqın daha da prinsipial mübarizəyə qoşulduğunu və bu mübarizədən qalib çıxdığını vurğulayıb.