16.01.2019
Yanvarın 16-da Qax rayonu C.Cabbarlı adına Mərkəzi Kitabxanada 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Şəki RMİ məsləhətçisi Dilarə Əzizovanın da iştirak etdiyi tədbiri Qax MKS-nin direktoru G.Əhmədova açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə “20 yanvar gecəsinin qəhrəmanları”, “Əbədiləşən tarix” adlı məruzələr dinlənilmiş, məruzə ətrafında çıxışlar olmuşdur. Çıxışlardan sonra ”Şöhrət zirvəsidir 20 yanvar” adlı kompozisiya və 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş video çarx nümayiş edilmişdir.
Tədbirin sonunda iştirakçılara 20 Yanvar şəhidlərinə həsr olunmuş bukletlər paylanılmış və sərgiyə baxış keçirilmişdir.