Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağlama Şəhid anası”

18.01.2019

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir tarix olmaqla yanaşı  həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində 18 yanvar 2019-cu il tarixində mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmovun təkçilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Ağlama Şəhid anasi” adlı ədəbi-bədii kompozisiya keçirildi.

Tədbirdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirildi. Sonra 5 nömrəli tam orta məktəbin III a sinif şagirdi Yusif Əhmədli “Şəhidlər”, Maqsud Yaqubzadə  “Qalx ayağa şəhid anası”, M.Nəsrullayev adına sənətkarlıq klubunun müdiri Mehman İlyaslı “Şəhid balaların ölən çağı deyildi”, Süsən Zəkəryəyev “Bayraq”,  Murad Məmmədrəhimovun  müşayəti ilə Mədəniyyət Mərkəzinin metodisti Məlahət Musayeva “Şəhid anası”, mərkəzin   aparıcı metodisti Nazilə Qaffarova “Dəli bir ağlamaq keçir könlümdən” şeirlərini,  Suçma kənd tam orta məktəbin şagirdlərindən Elşad  Əsədov, Gülyaz Zəkəryəyeva, Nahid Əhmədov “İgid əsgər möhkəm dayan” mahnısını səsləndirdilər.