Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanlı Yanvar - Müstəqilliyə gedən şərəf və qəhramanlıq yolu”

17.01.2019

Balakən rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir. İlk tədbir Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbdə “Qanlı Yanvar - Müstəqilliyə gedən şərəf və qəhramanlıq yolu” adlı mühazirənin təqdimatı ilə başlanılmışdır.

17 Yanvar 2019-cu il tarixdə “Qanlı Yanvar” filmi nümayiş olunmuş və mühazirə oxunmuşdur. Tədbirdə Talalar 1, 2, Şambulbinə və Qullar 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi iştirak etmişdir. Mərkəzin elmi işçisi Ç.Bazarova mühazirəsində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənən azərbaycan xalqına qarşı misli görünməmiş faciə olduğunu, öz ölkəsinin şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını qeyd etmişdir. Daha sonar tədbir iştirakçıları filmə tamaşa etmişlər. Film 20 Yanvar faciəsinin bütün realıqlarını və gerçəklərini tamaşaçılara geniş miqyasda əks etdirmişdir.