Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İbrahimkənd diyarşünaslıq klubunda Yeni il şənliyi keçirilmişdir

30.12.2017

30  dekabr 2017-ci il tarixində  İbrahimkənd   diyarşünaslıq  klubunda  Yeni il və  Dünya  Azərbaycanlılarının  Həmrəylik Günü  ilə  əlaqədar İbrahimkənd  tam orta məktəbi ilə birlikdə Yeni il  şənliyi  keçirilmişdir. Tədbirdə  çıxış üçün ilk sözü orta məktəbin  direktoru Yunusov Ramiz müəllimə verildi. Ramiz müəllim qarşıdan gələn yeni il bayramı münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi, hamıya bol-bol uğurlar arzuladı.

Məktəbin  tələbələri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında  çoxlu şeirlər və mahnılar söylədilər, səhnəciklər göstərdilər, rəqs etdilər.  Şənlik   diyarşünaslıq  klubunun   bədii özfəaliyyət kollektivinin çıxışı ilə başa  çatdı.