16.01.2019
16 yanvar 2019-cu il tarixdə Oğuz rayonu Kərimli kənd tam orta məktəbinin və Kərimli kənd kitabxanasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Əsrə bərabər gün“ adlı rəsm müsabiqəsi keçirildi. Tədbirdə kitabxana işçiləri, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
Tədbiri məktəbin təşkilatçı müəllimi Tünzalə Abduləzizova açaraq, 20 yanvarda sovet ordusu tərəfindən xalqımızın başına gətirilən faciədən, öz azadlığını arzulayan xalqın tanklar altında əzilməsindən, insanların gülləbaran edilməsindən, bu yolda uşaqların, qocaların, gənclərin qanının tökülməsindən, heç kimə rəhm edilməməsindən, lakin xalqın öz arzusuna çataraq, müstəqilliyini əldə etməsindən danışdı.
Sonra məktəbin II sinif şagirdi Nuray Salehlinin “Ana Harayı”, V sinif şagirdi Rüxsarə Sərkərlinin “20 Yanvar”, VII sinif şagirdi Nərmin Paşazadənin “Qanlı 20 Yanvar”, Zəhra Nuhovanın “20 Yanvar”, Nuray İbrahimovanın “20 Yanvar Qəhrəmanları” adlı rəsmlərindən ibarət sərgi ilə tədbir iştirakçıları tanış oldular. Münsiflərin gəldiyi qənaətə görə II sinif şagirdi Nuray Salehlinin “Ana harayı” rəsmi müsabiqənin qalibi elan olundu.