15.01.2019
15 yanvar 2019-cu il tarixdə Balakən rayon MKS-nin Qazbinə kənd kitabxana filialında “20 Yanvar” faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə Qazbinə kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, Balakən MKS-in əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qazbinə kənd kitabxanasının müdiri Yeganə Kərimova açdıqdan sonra torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Yeganə Kərimova 20 Yanvar hadisələri ilə bağlı geniş məruzə ilə çıxış edib və məktəb şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, hadisələrlə bağlı film nümayiş olunub. Daha sonra həmin günlərin canlı şahidi olan, Balakən MKS-in direktoru M.Tağıyeva, direktor müavini M.Cuxova və Qazbinə məktəbinin Hərbi hazırlıq üzrə müəllimi Ş.Qımrıyev çıxış edərək, bu günahsız insanları qətlə yetirən cinayətkarlara qarşı öz nifrətlərini bildiriblər.
Tədbirin sonunda iştirakçılar kitabxananın foyesində təşkil olunmuş “Tarixin qanlı izləri” adlı sərgi ilə tanış olublar.