Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Suçma kəndindəYeni il şənliyi

28.12.2018

28 dekabr 2018-ci il tarixdə Suçma kənd diyarşünaslıq evi, Suçma kənd orta məktəbi və Turan uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş  “2019 xoş gəldin” mövzusunda ədəbi-bədii bayram tədbiri keçirilmişdir. Tədbir orta məktəbin şagirdlərinin aparıcılığı ilə başlamışdır. Sonra söz Suçma kənd icra nümayəndəsi Həsən Abdullayevə, M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilova verilmişdir. Çıxışlardan sonra  orta və uşaq musiqi məktəbinin şagirdləri və diyarşünaslıq evinin bədii özfəaliyyət kollektvinin iştirakı ilə zəngin proqramla çıxışlar olunmuşdur. Tədbirdə Turan uşaq musiqi məktəbinin ansamblının müşaiyəti ilə bayraq və vətənpərvərlik haqqında söylənilmiş şeirlər böyük tamaşaçı rəğbətinə səbəb olmuşdur. Uşaq musiqi məktəbinin müəllimi Pərvanə Isgəndərovanın rəhbərliyi ilə xor kollektvi Yeni İlə həsr olunmuş mahnılar ifa etmiş, Elşad Həsənovun rəhbərliyi ilə nağaraçılar, Yaşar Cavadovun rəhbərliyi ilə şagirdlərdən ibarət aşıqlar çıxışlar etmişdir. Diyarşünaslıq evinin bədii rəhbəri, pəhləvan Seyhun Löymanov öz  yetirmələri ilə birlikdə çıxış etmişdir. Sonra şagirdlər “Qar dənəcikləri”, “Şaxta babların rəqsi” və maraqlı səhnəciklər nümayiş etdiriblər.

Tədbirin sonunda Yeni ilin əsas atributları olan Şaxta baba və Qar qız tərəfindən uşaqlara  hədiyyələr paylanılmışdır.