Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda bayram şənliyi

28.12.2018

Dekabr ayının 28-də Qax rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən maliyyələşdirən tədbirin bədii hissəsi           S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmışdır.

Aparıcı hər iki bayram münasibətilə tədbir iştirakşılarını təbrik etdikdən sonra söz musiqiyə verildi. İlk musiqi çələngi Lalə İlyasovanın ifasında təqdim olundu. Sonra rəngarəng musuqi nömrələri bir–birini əvəz etdi. Pərvin Piranov, Arzu Dunusova, Əfraim Yəhyayev, Abdusalam Şabanlının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qax  Rayon İcra Hakimiyyətinin  başçısı cənab Musa Şəkiliyev çıxış edərək rayon ictimaiyyətini təbrik etdi və bu ilin ölkəmizin tarixində önəmli yer tutduğunu  qeyd etdi.

Yeni ilin qəhrəmanı olan Şaxta babanın və Qar qızın meydana hayküylə daxil olması hamıdan çox uşaqları sevindirdi. Onlar da uşaqlarla birlikdə yolka ətrafında mahnı oxuyub, rəqs etdilər. 

Qax uşaq incəsənət məktəbinin “Tumurcuq”, Alatəmir kənd klubunun “Mze” rəqs qruplarının çıxışları tədbirdə xüsusi ovqat yaratdı.