27.12.2018
27 dekabr 2018-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir xalqın övladlarıyıq” adlı ədəbi-bədii tədbir keçirilib. İlin yekununa həsr edilmiş seminar müşavirədən dərhal sonra təşkil edilmiş tədbirdə Şəki RMİ-nin əhatə dairəsindəki təşkilatlardan olan mədəniyyət işçiləri iştirak ediblər. Açılış üçün söz Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari xanım Zeynalovaya verilib. M.Zeynalova bütün mədəniyyət işçilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək yeni ildə hər kəsə can sağlığı, ailə səadəti, ruzi-bərəkət və nəaliyyətlər arzulayıb.
Sonra Mədəniyyət Mərkəzinin aparıcı metodisti Nazilə Qaffarova Nüsrət Kəsəmənlinin “Səndən sonra” şeirini səsləndirib.
Müğənilərdən Sərdar Yunusov, İdris İdrisov, Zabil Məmmədov və Gülüstan Qəhrəmanovanın rəngarəng musiqi nömrələri, Xumar Əsədovanın rəhbərliyi ilə Murad İsmayılzadə və Leyla Əsədovanın ifasında Şostokoviçin “Vals” rəqsi tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov bayram tədbirinin təşkil edilməsində əziyyəti keçən hər kəsə öz minnətdarlığını bildirib.