29.12.2017
29 dekabr 2017-ci il tarixdə Baş Zəyzid kənd sənətkarlıq evində MKS-nin 49 saylı filialı ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar “Birliyimiz əbədidir” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə açan sənətkarlıq evinin direktoru X.Mahmudov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını və dünya azərbaycanlılarını təbrik edərək Həmrəylik Günü haqqında geniş məlumat verdiTədbir sənətkarlıq evi özfəaliyyət kollektivlərinin hazırladıqları ədəbi-bədii proqramla davam etdi. Daha sonra özfəaliyyət ansamblının üzvüləri Süleymanov Vüqar və İlqar qardaşlarının, Abdukərimovun ifasında mahnılar səsləndirildi. Tədbirin sonunda iştirakçılar Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş sərgiyə tamaşa etdilər.