Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacı Xanməmmədov yaradıcılığına həsr olunmuş konsert-mühazirə keçirilmişdir

22.12.2018

Şəki şəhər 4 №-li uşaq musiqi məktəbində 22  dekabr 2018-ci il tarixində Azərbaycan  bəstəkarı Hacı Xanməmmədov yaradıcılığına həsr olunmuş konsert-mühazirə keçirilmişdir. Tədbirdə bəstəkarın həyat və yaradıcılığına dair geniş məruzə ilə bərabər məktəbin müəllim və şagirdlərinin ifasında  əsərlərindən nümünələr səsləndirilmişdir. Konsert-mühazirə dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.