12.12.2018
12 dekabr 2018-ci il tarixdə Oxud kənd folklor evində, MKS-nin 56 saylı filialı ilə birlikdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Unudulmayan Ulu Öndərimiz” adlı anım günü keçirilmişdir.
Tədbirdə Oxud kənd icra nümayəndəsi Oruc Əhmədov, Oxud bələdiyyəsinin sədri Brilyant Abdullayeva, ümumi orta məktəbin müəllimləri və şagirdləri iştirak etdilər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Oxud kənd icra nümayəndəsi Oruc Əhmədov tədbir iştirakçılarını salamladı və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixində misilsiz xidmətləri haqqında məlumat verdi. Öz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, Müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev azərbaycanlı olmasından böyük qürur duyub.
Sonra ümumi orta məktəbin direktoru Murad İsmayılov Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş çıxış etdi və bildirdi ki, dünya azərbaycanlıları da onunla fəxr edir və qurur duyur.
Məktəbin şagirdlərindən Aydan Rəsulova, Sevinc Abdurahmanova, Nurlan Əhmədova və başqaları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən şeirlər söylədilər.
Sonda Oxud folklor evinin müdiri Baxşəli Abdurahmanov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.