Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

I Biləcik kənd folklor evi I Biləcik kənd kitabxanası ilə birlikdə “Bir xalqın övladıyıq” adlı tədbir keçirildi

26.12.2017

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş I Biləcik kənd folklor evi, I Biləcik kənd kitabxanası və kənd tam orta məktəbinin birgə hazırladığı “Bir xalqın övladıyıq” adlı tədbir keçirildi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar məktəbin direktoru Tahirə Həsənova ətraflı məlumat verdi. Yeni il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə kənd kitabxanasının müdüri  Məkkə Məmmədova, folklor evinin direktoru Zərnişan Həsənova, məktəbin müəllimlərindən Ramiz Bədiyev, Çeşminaz Mustafayeva, Xəyalə Məmmədova, Nazim Məmmədov tədbir iştirakçılarını,  kənd əhalisini təbrik etdilər. Tədbirdə məktəbin şagirdlərindən Selcan, Fəxriyyə, Nurcan, Qönçə, Lümunət, Qumru “Azərbaycan”, “Fəsillər”, “Yeni il” şeirlərini söylədilər. 11-ci sinif şagirdləri Şəhla Əhmədova və Səba Həşimova Dünya xalqlarının Yeni ili necə qarşılamaları haqda məlumat verdilər. Yeni ilin atributu olan Şaxta baba və Qar qız sonda bir daha tədbir iştirakçılarını təbrik etdilər.