11.12.2018
11 dekabr 2018-ci il tarixdə Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən M.İsmayılov adına diyarşünaslıq evi, N.Nərimanov adına kitabxana filialıalı ilə birlikdə “Azərbaycanı dünyaya tanıdan şəxsiyyət” adlı anım günü keçirmişdir.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Diyarşünaslıq evinin bədii rəhbəri Ruhangiz Ağayeva Ulu Öndərin mənalı ömür yolundan, xatirələrindən danışaraq tədbir iştirakçılarını məlumatlandırdı. Qeyd edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün böyük lider idi və o, siyasətə də elə lider kimi gəlmişdir. Xalqımız özü də Ulu Öndəri lider kimi qəbul etdi və 30 ildən çox Azərbaycan dövlətinə başçılıq etdi. Çağdaş tariximizdə Azərbaycana bu qədər böyük bir zaman kəsiyində başçılıq etmiş Heydər Əliyevin dövlətçilik tariximizə qoyub getdiyi irs bu gün də sabah da öyrənilməlidir. Çünki bu irs o qədər zəngindir ki, onu araşdırmaq və lazımı səviyyədə öyrənmək üçün illər tələb olunur.
Sonra isə diyarşünaslıq evinin direktoru Tahirə Qarayeva çıxış etdi. Qeyd edərək bildirdi ki, Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix məhz bu cür insanların fəaliyyəti üzərində yaranır. Diyarşünaslıq evinin direktoru tədbirdə iştirak edən hər kəsə kollektiv adından minnətdarlığını bildirdi.
Tədbir “Türk dünyasının sönməz günəşi” başlıqlı sərgi nümayişi ilə başa çatdı.