Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Penitensiar müəssəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər

11.12.2018

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının onbeşinci ildönümüdür. Bu məqsədlə Şəki Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Şəki Penitensiar müəssəsinin əməkdaşları Heydər Əliyevin büstü qarşısına gül qoyub böyük ehtiramla atirəsini yad etdilər.  Mərkəzin bələdçisi Xuraman Səmədova qonaqlara Mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Sonra qonaqlar dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətni əks etdirən foto stendlərlə tanış oldular. Əməkdaşlara Ümummili Lider Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verildi. Bildirildi ki, Ulu Öndər Heydər Əliyevin siyasi və ictimai fəaliyyəti istər Sovet, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində faydalı olub. Bu gündə Ulu Öndərin  qurucusu olduğu müstəqil Azərbaycanda bu siyasəti Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir.