11.12.2018
Dekabrın 11-də Oğuz rayon Mədəniyyət Mərkəzində rayonun mədəni-maarif işçilərinin növbəti iclası keçirilmişdir. İclasda Ümummilli lider H.Əliyevin anım günü ilə əlaqədar təşkil olunacaq tədbirlər, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə görüləcək işlər və Mədəniyyət Nazirliyinin noyabrın 30-da Cəlilabad şəhərində keçirdiyi müşavirənin qarşıya qoyduğu vəzifələrdən danışılmışdır. Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək bildirmişdir ki, bütün müəssisələr tərəfindən müşavirənin qarşıya qoyduğu vəzifələrin icrasına nail olmaq lazımdır. Rayonda yeni folklor və rəqs kollektivlərinin yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Klub və kitabxana müəssisələri tərəfindən əhaliyə göstərilən mədəni-xidmətin səviyyəsi yüksəldilməlidir. Nazirliyin “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Plan”ın icrası bütün müəssisələr tərəfindən nəzarətdə saxlanılmalıdır.
İclasda M.Zeynalova Dəymədərə kənd klubunun “Oğuz” folklor kollektivinə Mədəniyyət Nazirliyi tərəfindən verilmiş “Xalq Kollektivi” statusunun diplomunu təqdim etmişdir.