29.12.2017
Oxud kənd folklor evində MKS-nin 56 saylı filialı ilə birgə 29 dekabr 2017-ci il tarixdə saat 10:00-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə “Doğma Yurdum Azərbaycan”adlı tədbir keçirildi.
Tədbirdə Oxud kənd icra nümayəndəsi Oruc Əhmədov, Oxud bələdiyyəsinin sədri Brilyant Abdullayeva, Oxud tam və ümumi orta məktəblərin müəllim və şagirdləri iştirak etmişdi.
Tədbiri ümumi orta məktəbin direktoru Murad İsmayılov açıq elan etdi və tədbir iştirakçılarını bayramlar münasibəti ilə təbrik etdi. Sonra tam orta məktəbin direktoru Ülfət Abdullayev Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında geniş məlumat verdi və uşaqları bayram münasibəti ilə təbrik etdi.
Məktəbin ədəbiyyat müəllimi Aişət Adışirinova uşaqlara təşəkkürünü bildirdi və arzu etdi ki, gələn il tədbiri yeni tikiləsi məktəbdə keçirək.
Sonra tədbirə Şaxta baba ilə Qar qız gəldi və uşaqlara bayram hədiyyəsi payladı.
Öz gözəl çıxışları – şeirləri, mahnıları və rəqsləri ilə məktəb uşaqları tədbiri daha da maraqlı etdi.