Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə keçirilən yay konsertləri şəhərin qonaqlarına xoş ovqat bəxş edir

25.07.2017

30 may 2017-ci il tarixdə Xaçmaz şəhərində Aərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin sədrliyi ilə keçirilmiş regional  müşavirədə mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi, bölgələrə gələn xarici və yerli turistlər,  həmçinin region əhalisi üçün yay mövsümündə mədəni xidmətlərin təşkili məqsədilə xüsusi məkanlarda proqramların hazırlanması istiqamətində tövsiyyələr və konkret tapşırıqlar verilmişdi.

Bu baxımdan Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə idarənin struktur tərkibinə daxil olan Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonları üzrə müəyyənləşdirilmiş məkanlarda 15 iyun 2017-ci il tarixdən etibarən bu ilin avqust ayının sonunadək hər həftənin altıncı və istirahət günləri mədəni xidmətlərin təşkilinə dair xüsusi tədbirlər planı hazırlanmış və hal hazırda müvəffəqiyyətlə  həyata keçirilr.

Həmin tədbirlərdə regiona səyahət etmiş yerli və əcnəbi turistlərə, eləcə də yay mövsümündə dincəlməyə və asudə vaxtlarını səmərəli keçirməyə daha çox üstünlük verən şəhər sakinlərinə regionda fəaliyyət göstərən folklor və özfəaliyyət kollektivlərinin rəngarəng konsertləri, yerli rəssam və sənətkarların əsərlərindən ibarət olan sərgilər, müxtəlif teatr tamaşaları, musiqi məktəblərinin şagird və müəllimlərinin hazırladığı maraqlı konsert proqramları və milli mətbəx nümunələrinin sərgiləri yüksək peşəkarlıqla təqdim olunur.

Şəki şəhərində təşkil olunmuş tədbirlərdə M.F. Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzinin, 53 klub müəssisəsinin, Şəki şəhər 2, 3, 4 saylı Uşaq Musiqi Məktəblərinin və Uşaq İncəsənət Məktəbinin kollektvləri daha yaxından və yüksək fəallıqla iştirak edirlər.

Şəhərin tarixi keçmişini əks etdirən bir məkanda, “Qala divarları” ərazisində keçirilən bütün tədbirlərə ərazidə yerləşən R.B.Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi və Rəsm Qalereyasının işçiləri, sənətkarlar, MKS-nin kitabxana filialları və Şəki rayonundakı Respublika Atçılıq və Turizm Mərkəzinin atlılardan ibarət qrupu da cəlb olunublar.

Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd insanlarımızın asudə vaxtlarının daha səmərəli keçirilməsinin təşkili ilə yanaşı xalqımızın milli adət və ənənələrinin qorunması, yaşadılması, təbliğ edilərək yeni nəslə çatdırılması və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsindən ibarətdir.