26.11.2018
26 noyabr 2018-ci il tarixdə Cəfərabad kənd diyarşünaslıq klubunda Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Nə gözəl yaraşır insana gülmək” adlı xatirə axşamı keçirilmişdir. Xatirə axşamında kənd orta məktəbinin müəllimləri, kitabxana işçiləri, xəstaxana işçiləri iştirak etmişdilər. Cəfərabad kənd kitabxanasının müdiri İradə Səmədova Mikayıl Müşfiqin həyat və yaradıcıllığı haqqında çıxış etdi. Çıxışında qeyd etdi ki, şair qısa həyat yaşamağına baxmayaraq dolğun, mənalı əsərlər yaratmışdır. Sonra Cəfərabad kənd diyarşünaslıq klubunun bədii özfəaliyyət kollektivi və məktəbinin şagirdlərin ifasında Mikayıl Müşfiqin şeirləri səslənmiş, şeirlərinə bəstələnmiş mahnılar ifa edilmişdir.