23.11.2018
Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət gösrtərən Şəki kənd foklor evi 23 noyabr 2018-ci il tarixində Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş "Aşiq sənətinə el məhəbbəti" mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir.
Tədbiri giriş sözü ilə foklor evinin müdiri Rəşid Hüseynov açaraq Aşıq Şəmşirin həyat və yaracılığı barədə məlumat verərək qeyd etdi ki, Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində, el aşığı Qurban Ağdabanlının ailəsində dünyaya göz açmış, saz havaları ilə qidalanmış, dəfələrlə evlərində qonaq olan Dədə Ələsgərin müdrik kəlamlarından bəhrələnmişdir. Ona görə də Aşıq Şəmşir Azərbaycan aşıq şeri məkanında öz məktəbini yarada bilmiş, aşıq şerinin qoşma, gəraylı, təcnis, müxəmməs, divani və sairə janrlarında ölməz nümunələr yarada bilmişdir.
Daha sonra Şəki kənd tam orta məktəbinin təşkilat işləri üzrə direktor müavini Maarif Pirəliyev Aşıq Şəmşir yaradıcılığında şifahi xalq ədəbiyyatı nümunələrinin necə əks olunmasından danışaraq aşığın bayatılarından nümunələr söylədi.
Şəki kənd kitabxanasının kitabxanaçısı Kəmalə Ağayeva Aşıq Şəmşirin el arasında hörmətindən, ağsaqqal kimi söz sahibi olmasından, xalq şairi Səməd Vurğunla görüşlərindən danışdı.
Tədbir foklor evi üzvülərinin və orta məktəb şagirdlərinin hazırladığı rəngarəng konsert proqramı ilə sona yetdi.