19.11.2018
Ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli surətdə qeyd edilir. Azərbaycan ədliyyəsinin yaranmasının100 illik yubileyinin qeyd edilməsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 19 noyabr 2018-ci il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutmuşdur.
Əvvəlcə ədliyyə işçiləri müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək onun Heydər Əliyev Mərkəzinin önündə ucalan abidəsi önünə tər çiçəklər qoymuşlar.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Cəfərova qonaqlara Mərkəz haqqında ətraflı məlumat verdi.
Diqqətinə çatdırıldı ki, 29 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Heydər Əliyev Mərkəzinin rəsmi açılışı olub. Qonaqlar Ümummilli Liderinin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlar, foto və video materiallarla tanış olaraq, Heydər Əliyevin zəngin həyat yolu, apardığı uğurlu siyasi kursu haqqında məlumat əldə etmişlər. Mərkəzdə yaradılan Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə, quraşdırılan "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi ilə qonaqlar tanış oldular.
Sonda Şəki Heydər Əliyev Mərkəzinin kollektivi ədliyyə işçilərini peşə bayramı münasibəti ilə tədrik edib.