30.12.2017
30 dekabr 2017-ci il tarixdə Şəki Heydər Əliyev Mərkəzində 3 saylı uşaq musiqi məktəbinin XÇA şöbəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Dünya azərbaycanlılarına salam gündəririk” adlı konsert təşkil etmişdir. Əvvəlcə məktəbin direktoru Şəmsiyyət Əsgərova tədbir iştirakçılarını salamlayaraq onlara yeni ildə yeni-yeni uğurlar arzuladı. Sonra Ü.Hacıbəyovun “Sənsiz” və “Sevgili canan” romansları, “Əsgərin ariyası”, V.Adıgözəlovun “Bakı haqqında mahnı”, “Qərənfil”, “Təkcə səndən xoşum gəlir”, N.Tağızadənin “Arzu”, Elza İbrahimovanın “Gəl barışaq”, T.Quliyevin “Tez gəl”, “Arzular”, “Qəmgin mahnı”, “Sənə də qalmaz”, R.Hacıyevin “Gülə bilməz”, D.Şestakoviçin “Vals”, R.Hacıyevin “Saçlarına gül düzüm”, T.Quliyevin “Qızıl üzük”, “Axşam mahnısı”, E.İbrahimovanın “Gedək üzü küləyə”, E.Sabitoğlunun “Baladadaşın ilk məhəbbəti” kinofilmindən, mahnıları və “Zabul” muğamı müəllim və şagirdlərin ifasında səsləndirildi. Çıxış edənləri Zaur Bağıyev, Elbrus Mustafayev, Şəbnəm Qədirova, Sevda İsmayılova və Nərgiz Əsgərova müşayiət etdilər.