28.12.2017
Çeşməli kənd Diyarşünaslıq klubunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Hər zaman həmrəy olaq” mövzusunda ədəbi-bədii gecə keçrilmişdir. Tədbir Çeşməli kənd tam orta məktəbi ilə birlikdə təşkil olunmuşdu. Tədbir ilk öngə Azərbaycan Dövlət Himni ilə başlandı. Açılış üçün söz məktəbin direktoru Əhmədov Aqil müəllimə verildi. Aqil müəllim tədbirdə iştirak edənləri salamladı, onların bayramını təbrik etdi. 4-cü və-5-ci sinif şagirdləri - Yarıyeva Nərgiz, Paşayeva Şəhanə, Əsədova Nazlı, Mustafayeva Vüsalə şeirlər söylədilər, mahnılar ifa etdilər. Şaxta baba ilə Qar qız tədbirə xususi gözəllik qatdılar. Balaca fidanlar gözəl rəqs nömrələri ilə çıxış etdilər. Tədbir maraqlı və yadda qalan oldu. Sonda klub müdiri Səyalı xanım tədbirdə iştirak edənlərə öz minnətdarlığını bildirdi.