Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənim bayrağım, mənim qürurum

06.11.2018

Bu gün uğurla addımlayan suveren, müstəqil dövlətimizin başının üstündə dalğalanan üç rəngli bayrağımız bütün vətəndaşların qəlbində qürur hissi yaradır. Azərbaycan Xalq Cümhuriyyətindən bizə miras qalmış bayrağın bu gün dövlətimizin müstəqillik rəmzinə çevrilməsində Ulu öndərimiz Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz onun xidmətləri nəticəsində bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi qəbul olunmuşdur. İndi də dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər tədbirlərdə qürurla dalğalanır.

6 noyabr 2018-ci il tarixində Şəki tarix-diyarşünaslıq muzeyində “Mənim bayrağım mənim qürum” adlı tədbir keçirilmişdir. Tədbirdə tarix-diyarşünaslıq muzeyinin, Şəki Xalq Tətbiqi Sənəti muzeyinin və 6 saylı kitabxananın kollektivləri iştirak etmişdir. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Tədbir iştirakçılarını salamlayan Tarix-diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova “Mənim üçrəngli bayragım”, Xalq Tətbiqi Sənəti muzeyinin direktoru İradə Abdullazadə isə “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı məruzə ilə çıxış etmişlər. Muzeydə “9 noyabr Dövlət Bayrağı Günüdür” adlı sərgi təşkil edilmişdir.