28.12.2017
28 dekabr 2017-ci il tarixində M.İsmayılov adına diyarşünaslıq evində MKS-nin N.Nərmanov adına 8 saylı filialı ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə “Azərbaycan yurdum mənim” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri məktəbin 8-ci sinif şagirdləri Manaflı Rəqsanə və Seyidzadə Aytac açaraq Həmrəylik Günü haqqında məlumat erdilər: “Xalqımız müstəqillik arzusunu həqiqətə çevirmək üçün şərəfli və çətin mübarizə yolu keçmişdir. XIX yüzilliyin əvvəllərində Gülüstan və Türkmənçay müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə bölündü. 1989-cu il dekabrın sonunda ilk dəfə Naxçıvanda İran və Türkiyə ilə aradakı tikanlı məftillər dağıdıldı. Beləliklə 1989-cu ildən dekabrın 31-i Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd edilir.
Tədbirə Şaxta baba və Qar qızın gəlişi böyük bayrama çevrildi. Şaxta babaya körpə fidanların töhfəsi mahnılar, rəqslər və şeirlər oldu. Tədbir uşaqların rəqsi ilə başa çatdı.