31.12.2017
Şəki şəhər Baş Zəyzid kənd sənətkarlıq evinin kollektivi 31 dekabr 2017-ci il tarixdə sərhəd zastavasında “Birliyimiz əbədidir” adlı tədbir keçirmişdi. Tədbirdə sənətkarlıq evinin direktoru Xanlar Mahmudov çıxış edərək sərhədçiləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etdi. O çıxışında qeyd etdi ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Çıxışdan sonra tədbirin bədii hissəsində özfəaliyyət kollektivinin üzvüləri rəngarəng mahnılarla sərhədçilərin bayram şənliyini daha da təmtərqalı etdi. Özfəaliyyət ansamblının üzvü Abduləzizov Rəşadın, ansamblın bədii rəhbəri Bəşirov Azadın, Mehiyev Eminin, Abdullayev Elçinin və Rəsulov Elşənin çıxışları əsgərlər tərəfindən alqışlarla qarşılandı. Tədbir axşam saatlarınadək davam etdi.