22.10.2018
22 oktyabr 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən M.İsmayılov adına diyarşünaslıq evi və MKS-nin 8 №-li kitabxana filialı, 9 saylı körpələr evində Ümumdünya Uşaqlar Günü ilə əlaqədar “Uşaq ailənin möhkəmliyi, xalqın gələcəyidir” mövzusunda uşaq səhərciyi keçirmişdir. Tədbir öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra söz bağçanın müdirəsi Səmayə Əhmədovaya verildi. O, öz çıxışında bildirdi ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşaqları cəmiyyətə sağlam, layiqli vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir.
Sonra söz məktəbəqədər qrupun tərbiyəçisi Aynura Süleymanovaya verildi. Aynurə müəllimə qeyd etdi ki, bu gün Azərbaycan Dövlətində şəxsiyyət azadlığı və insan hüquqlarının qorunmasında eləcə də cəmiyyətin bir hissəsi olan körpə fidanların böyüyüb inkişaf etməsində bizim də azacıq rolumuz olduğu üçün fəxr edirik.
Söz körpə fidanlara verildi. Uşaqlardan Fatimə Qarayeva, Nihat Abdullayev, Fateh Qarayev və başqaları öz şeirlər söyləyib rəqslər ifa edərək tədbiri daha da maraqlı etdilər.
Azərbaycan Respublikasında hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsində öz hüququ vardır. Biz də körpə fidanlarımızı qoruyaq, onların böyüyüb vətənə layiqli bir vətəndaş olmasında öz səyimizi əsirgəməyək.