Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Heydər Əliyev Mərkəzində “Vaqif poeziyasının işığında”adlı tədbir keçirildi

26.12.2017

Bu gün Şəki şəhər Heydər Əliyev Mərkəzində şəhər 17 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş "Vaqif Poeziyasının İşığında"adlı tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra şagirdlərin ifasında şairin əsərlərindən səhnəciklər göstərildi, şer, qəzəl və müxəmməsləri səsləndirildi, milli rəqslər ifa olundu. Sonda tədbirin təşkilatçıları və məktəblilər Şəki şəhər Təhsil Şöbəsi və Şəki Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərmanla mükafatlandırıldı.