Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda “Gənclər zamanın nəbzidir” adlı dəyirmi masa təşkil edilmişdir

01.02.2017

01 fevral 2017–ci il tarixində Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Gənclər zamanın nəbzidir” adlı dəyirmi masa təşkil edilmişdir.

Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Manafova tədbiri giriş sözü ilə açaraq, onları “Gənclər Günü” münasibəti ilə təbrik etmişdir. Sonra müxtəlif idarə və təşkilatlardan dəvət olunmuş qonaqlar növbə ilə öz istək və arzularını dilə gətirmişlər. Gənclər və İdman İdarəsinin məsul işçisi  R.Salehov Oğuz rayonunun gənclərinin uğurlarından söhbət açaraq onlara bu yolda yaşlı nəslin dəstək olduğunu xüsusi ilə vurğulamışdır. Sonra Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin kitabxanaçısı A.Cəfərova “2 Fevral-Ümumrespublika Gənclər Günüdür” adlı məruzə ilə çıxış etmişdir. Tədbirdə, iştirakçılardan F.Rzalı, N.Zeynalova, B.Həbibullayev və b. çıxış edərək, bugünki gəncliklə qürur duyduqlarını fəxarətlə qeyd etdilər. Tədbirin sonunda mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Manafova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etmişdir.