17.10.2018
17 oktyabr 2018-ci il tarixində Şəki kənd foklor evində keçirilən Azərbaycan Respubilkası Milli Müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz daimidir, sarsılmazdır və əbədidir!” adlı bədii kompozisiya keçirilmişdir. Tədbiri giriş sözü ilə foklor evinin direktoru Rəşid Hüseynov açaraq bildirdi ki, bu tədbirlərin keçirilməsi respubilkamızın hər yerində böyük ruh yüksəkliyi ilə həyata keçirilir. Müstəqillik əldə etdiyimiz ildən bəri günü-gündən çiçəklənən doğma Azərbaycanımız inkşaf edərək bir çox göstəricilərdə öndə gedən dövlətlər sırasındadır. Bu yaxınlarda Respublikamizin hər yerində qeyd olunan cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş tədbirlər bir daha sübut etdi ki, müstəqilliyimiz daimidir, sarsılmazdır və əbədidir!!!
Şəki kənd tam orta məktəbinin müəllimi M.Pirəliyev öz çıxışında qeyd etdi ki, Azərbaycanın öz müstəqilliyinə nail olmasi böyük qurbanların qanı bahasına olmuşdur. 28 may 1918-ci il istiqlalı 28 aprel 1920-də rus ordusu tərəfindən qanda boğuldu. İllər uzunu bu günü arzulayan yüzlərlə Azərbaycan ziyalilari, şairləri, alimləri “xalq düşməni” elan olunaraq repressiya olundular. Nəhayət 1991-ci ildə imperiyanın zəifləməsindən bəhrələnən azadlıqsevən insanlar ali sovetə deputat seçildilər və oktyabrın 18-də azərbaycanın müstəqilliyi barədə konstitusiya aktının qəbul edilməsinə nail oldular.
Daha sonra Şəki kənd MKS-nin 25 saylı kitabxananın kitabxanaçısı Atayeva Kəmalə çixiş edərək bildirdi ki, yaxın keçmişimizin dahi rəhbəri, Ulu Öndər H.Əliyevin uzaq görən siyasətinin bu müstəqilliyimizin qorunub saxlanmasında böyük rolu olmuşdur. Hər birimiz bu siyasəti bəyənir və bu istiqamətdə inamla irəlləyirik.
Şəki kənd icra nümayəndəsi Z.Məmmədova çıxış edərək bildirdi ki, xalqımıza bəxş olunmuş bu müstəqillik tarixlər boyu yaşayacaq və davam etdiriləcəkdir. Heç bir qüvvə bu müstəqilliyimizi sarsıda bilməyəcəkdir.
Milli müstəqilliyə həsr olunmuş bu tədbir foklor evinin özfaliyyət kollektivinin və məktəb şagirdlərinin ifasında maraqlı və rəngarəng çıxışlarla sona yetdi.