Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Saxla izimi, Dünya”

16.10.2018

Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənətinin, aşıq pоеziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii özfəaliyyətinə gеdib çıxır. Оnun rüşеymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arasıkəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Aşıq yaradıcılığı çоx qədim tarixə malikdir. О, “Dədə Qоrqud” kimi ölməz sənət abidəsi yarada bilmişsə, dеməli ilk kökləri daha dərindədir. Azərbaycan aşıq pоеziyası, aşıq sənəti “Dədə Qоrqud” dastanları mеydana çıxandan çоx-çоx əvvəl yaranmağa başlamışdır. Bu dastanlarda aşıq böyük rоl оynayır. Qədim zamanlardan Azərbaycan xalqı aşıqlara böyük məhəbbət bəsləmiş, hər zaman оnları hörmətlə qarşılamışdır. Оna görə də aşıq sənəti şərəfli оlduğu qədər də çətin, mürəkkəb və sоn dərəcə ustalıq, həssaslıq və məharət tələb еdən sənətdir.

20-ci əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdir.

16 oktyabr 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində  Aşıq  Şəmşirin (Dədə Şəmşir) anadan olmasının 125 illiyinə həsr olunmuş “Saxla  izimi,  Dünya” adlı ədəbi-bədii gecə keçirilmişdir.

Tədbirdə öncə Aşıq Şəmşirin “Ürəyimin sevincidir” adlı lent yazısı nümayiş etdirilmişdir. Daha sonra Mədəniyyət Mərkəzinin bədii  rəhbəri Rəşad Rüstəmovun H.Əliyevə həsr edilən “Torpağın dadı” və “Yaraşır” şeiri səslənmiş, şeir  tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Müğənnilərdən Sərdar Yunusov, İdris İdrisov və  Zabil Məmmədov mahnı töhfələri ilə  tədbiri daha da maraqlı etmişdirlər. Rəşad Məmmədovun ifasında  aşıq havasında “Ruhani” səsləndirilmişdir. Şəki Pedoqoji kollecinin tələbələri  Sunay Qardaşova, Hüseynzaqdə  Samirə,  Zamanlı Qəmzə Aşıq Şəmşirə  aid şeirlər söylədilər.

Mədəniyyət Mərkəzinin metodisti Məlahət Musayevanın ifasında “Qocaldım” şeiri səsləndirildi. Sonluqda Turan qəsəbə musiqi məktəbinin saz  müəllimi Yaşar Cavadovun  rəhbərlik  etdiyi saz ifaçıları - Orxan Əliyev,  Sərxan Şərifov, Toğrul Abduyev,  Seyidəli Əliyev  maraqlı saz ifaları ilə  bütün tədbir iştirakçılarına xoş əhval-ruhiyə bəxş etdilər.