17.10.2018
17 oktyabr 2018-ci il tarixdə Oğuz rayonunun Qumlaq kənd kitabxanasının məktəblə birlikdə hazırladığı Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Azad, müstəqil Azərbaycanım” mövzusunda ədəbi- bədii gecə keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin Uşaq Birliyinin rəhbəri Sücaət Nəbiyeva açaraq mövzu haqqında məlumat verdi. Kitabxanaçı R.Ağababayeva “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda məruzə etdi. Məktəbin tarix müəllimi Sevinc Xəlilova ”Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir”, XI sinif şagirdi Səriyyə Abdullayeva ”Yaşamaq - var olmaq uğrunda mübarizə”, XI sinif şagirdi Elsevər İsabəyli ”Müstəqil Respublikada hüquqi dövlət quruculuğu və müasirlik”, XI sinif şagirdi Hənifə İbrahimxəlilli “Müstəqil Azərbaycanın siyasi və iqtisadi uğurları” mövzusunda çıxışlar etdilər. Sonra ədəbiyyat müəllimi Səidə Zeynalovanın VII sinif şagirdləri ilə hazırladığı kompozisiya təqdim olundu. Gülnurə Abdürəhimli, Aysu Həsənova, Ramil Abbasov, Ramal Əzizov, Əhmədiyyə Abdullayev, Cavad Abdullayev, Mərziyyə Fərəcullayeva, Əsma Kərimli, Fatimə Əhmədova, Gültən Səfərova, Cəfər Salamlı, Ləman Xəlilzadə, Nəzrin Hüseynova və b. Azərbaycana, vətənə, müstəqillik uğrunda mübarizəyə həsr olunmuş şeirlər və mahnılar səsləndirmiş, səhnəciklər göstərmişlər. Onların çıxışları maraqla qarşılandı.
Yekunda kitabxanaçı R.Ağababayeva tədbirin hazırlanıb keçirilməsində yaxından köməklik edən tarix müəllimi Sevinc Xəlilovaya, ədəbiyyat müəllimi Səidə Zeynalovaya və VII-XI sinif şagirdlərinə, iştirakçılara təşəkkür etdi.