Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bəxtiyar Vahabzadə yaradıcılığına Heydər Əliyev baxışı”.

10.10.2018

Şəki şəhər Heydər Əliyev Mərkəzinin və MKS-nin V. İbrahim adına 9 № li kitabxana filialının işçiləri 10 oktyabr 2018-ci il tarixində Bəxtiyar Vahabzadənin ev muzeyini ziyarət edib, muzeydə nümayiş etdirilən eksponatlarla tanış olublar.  Muzeyin bələdçisi Günel Ramazanova “Bəxtiyar Vahabzadə yaradıcılığına Heydər Əliyev baxışı” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Bəxtiyar Vahabzadə Azərbaycan və ümumən türk dünyası ədəbiyyatında özünəməxsus yeri, dəst-xətti olan şairlərdəndir. İstisnasız olaraq millətin bütün nümayəndələrinin,hərbi rvətəndaşın sevgisini, rəğbətini qazanmış nadir söz sənətkarlarındandır.

Ümummilli lider Heydər Əliyev Bəxtiyar Vahabzadə haqqında bu sözləri demişdir: “Xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və amalları həmişə sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur. Məslək və əqidənizin xidmətində sədaqətlə durmuş qələminiz Sizi şöhrət zirvəsinə ucaltmış, Azərbaycanın sevimli sənətkarı etmişdir.

Çoxillik elmi-pedaqoji fəaliyyətiniz, nurlu şeir-sənət dünyanız illər boyu gənclərin tərbiyəsinə böyük təsir göstərmiş,haqq-ədalətin uğrunda mübarizədə qalib gəlməyə xalqı səfərbər etmişdir. Bu gün Vətən torpağının keşiyində duran mərd oğul və qızlarımız məhz doğma xalqın, müqəddəs torpağın azadlığı üçün yanmaq amalı ilə yaşayır, döyüşür və yaradır.

             Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. Siz hər zaman azadlıq carçısı olmuş ən çətin anlarda belə güc və silah qarşısında baş əymamiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışsınız.”

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Vətənin dəyərli ziyalılarının xatirəsinin əbədiləşdirilməsinə, onların yaradıcı irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif sərəncamlar imzalayır, göstərişlər verir. Prezidentin imzaladığı “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” Sərəncam, eyni zamanda, dövlətimizin başçısının qayğısı ilə inkişaf edən Şəki şəhərinin gözəlləşməsi istiqamətində atılmış dəyərli bir addımdır. 

Tədbir iştirakçıları muzeydən xoş təəssüratlarla ayrıldılar.